!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Priqojinin ikinci təyyarəsi Bakıda nə edir?

!Reklam – Yazi

“Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin təyyarələrindən biri, Embraer ERJ-135BJ Legacy 650 avqustun 24-də Bakıya uçub. Bunu Flightradar uçuş izləmə xidmətinin məlumatları sübut edir. Bu mənbəyə görə, təyyarə Moskvadan saat 15:30-da qalxıb və saat 19:04-də Bakı hava limanına enib.

Rusiya mənbələri bildirirlər ki, bu, “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Prigojinə məxsus iki təyyarədən biridir. Qeyd edək ki, o, avqustun 23-də Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə həlak olub.

Avqustun 23-də ikinci Embraer Priqojinin təyyarəsinin ardından Moskvadan Sankt-Peterburqa uçub. Lakin Prigojinin təyyarəsi qəzaya uğrayandan sonra ikinci təyyarə Moskvaya qayıdıb və növbəti gün Bakıya uçub.

Flightradar-ın məlumatına görə, pilot Arslan İslamovun idarə etdiyi həmin Embraer-135 BJ Legacy təyyarəsi avqustun 25-də yerli vaxtla saat 15:00-da Bakıdan Moskvaya uçacaq, Moskva vaxtı ilə saat 17:03-də Moskvaya çatmalıdır.

Bu təyyarə ilə Bakıya gələn sərnişinlər haqda heç bir məlumat yoxdur./turan.az/

 

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv