!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Priqojinin ölümü Rusiyanı SİLKƏLƏYƏCƏK? - ""Vaqnerçi"lərin qisas almaq barədə bəyanatı..." - ŞƏRH

!Reklam – Yazi

“Priqojini əvəz edəcək başqa bir şəxs çıxacaq və o, “Vaqner”in fəaliyyətini davam etdirəcək”.

Bu sözləri Yevgeni Priqojinin ölümü, “Vaqner”in qisas almaq bəyanatı və hadisələrin necə cərəyan edəcəyini dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyev bildirib ki, Priqojinin ölümü Rusiyada silkələnməyə səbəb olmayacaq:

“Priqojin və “vaqnerçi”ləri daşıyan təyyarənin qəzaya uğraması müxtəlif iddialara səbəb olub. “Vaqner”in qiyam qaldırması zamanı deyilirdi ki, Putin onları bağışlamayacaq.

Ukrayna cəbhəsində Vaqner uğurlu nəticələr əldə edirdi. Bundan sonra Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında konflikt yaşanmağa başladı. Rusiya “Vaqner”i Ukraynadan çıxarmaq istəyirdi, ən yaxşı halda isə onlara müqavilə təklif edirdi. Daha sonra məlum oldu ki, Rusiya “Vaqner”in bir hissəsini Afrikaya göndərdi, bir hissəsini isə Belarusa göndərərək Polşanı, Latviya, Litva, Estoniya, ümumilikdə NATO-nu gərginlikdə saxlamağı hədəfləyib.

“Vaqner” kimi Rusiyada kifayət qədər hərbi şirkətlər var. “Vaqnerçi”lər ya Müdafiə Nazirliyi ilə rəsmi müqavilə bağlayacaqlar, ya da başqa bir şirkətin tərkibinə keçəcəklər. Beləliklə, Rusiya təbliğ etdiyi siyasətni həm Ukraynada, həm Afrikada, həm də Yaxın Şərqdə davam etdirəcək. Baş verənlərin qlobal mənada Rusiya siyasətinə təsiri olmayacaq.

Bəzi “vaqnerçi”lərin yenidən qiyam qaldırmaq iddiasına gəldikdə isə bu, cəfəngiyatdır. Onların sayı az olacaq və dərhal sıradan çıxarılacaqlar, ya da başqa şirkətlərlə müqavilə bağlayacaqlar. Rusiya daxilində hansısa silkələnmə baş verməyəcək. “Vaqner”in son hərəkətinin arxasında Priqojinin üsyankar təbiəti dururdu. Ola bilsin, Priqojini əvəz edəcək başqa bir şəxs çıxacaq və o, “Vaqner”in fəaliyyətini davam etdirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv