!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Priqojinin qiyam günü Putinə edilən sensasiyalı hədiyyə

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də, “Vaqner”in qurucusu Yevgeni Priqojinin qiyam günü Sankt-Peterburqda “Qırmızı yelkənlər” festivalında (Rusiyada orta məktəb məzunlarının bayram günü – red.) olub.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Yuliya Taratuta məlumat yayıb.

Taratutanın sözlərinə görə, festivalda prezidentə yeni yaxta hədiyyə edilib. Rusiya liderinə qarşı tətbiq olunan sanksiyalar səbəbindən İtaliyada müsadirə edilən, Putinə aid olduğu bilinən “Şəhrizad” yaxtasının yerinə yenisi tikilib. Mənbələr bildirir ki, dövlət başçısına hədiyyəni iş adamı Yuri Kovalçuk şəxsən hazırlayıb.

“Onlar yaxtanı ya 3, ya da 5 il ərzində tikiblər – burada versiyalar fərqlidir. Yalnız bir şey dəqiq məlumdur: hədiyyə verilməsi baş tutub. Nə Ukrayna ilə müharibə, nə Priqojinin qiyamı, nə də Rostov və Voronejin getməsi bu mərasimi əngəlləyə bilib”, – deyə Taratuta bildirib.

Putinin iyunun 24-də “Qırmızı yelkənlər”də olması barədə məlumatı jurnalist Mixail Zıqar “The New York Times” üçün yazdığı köşə yazısında da təsdiqləyib. Zıqarın sözlərinə görə, Putin bayramı Yuri Kovalçukun yaxtasından izləyib. Jurnalist bütün bunları “prezidentin reallıqdan uzaq düşdüyünə dair ən bariz nümunə” adlandırıb./Musavat.com/

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv