!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Priqojinin təyyarəsi ilə bağlı istintaqın ilkin versiyası

!Reklam – Yazi

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin təyyarəsi partladılıb.

Yenicag.az Rusiya Teleqram kanallarına istinadən xəbər verir ki, bu, istintaqın versiyalarından biridir. Bildirilir ki, partlayıcı qurğu eniş aparatının bölməsinə yerləşdirilib.

İlkin məlumatlara görə, səmada partlayış məhz eniş şassisi sahəsində baş verib – nəticədə stabilizatora dəyən qanad qopub, bu səbəbdən biznes-reaktiv kəskin şəkildə yüksəklik yığmağa başlayıb, daha sonra isə sürətlə aşağı enibTəzyiqin azalması səbəbindən təyyarədəki hər kəs dərhal huşunu itirib, buna görə də pilotlar fövqəladə vəziyyət barədə məlumat verə bilməyiblər. Qanadsız və stabilizator olmadan təyyarəni xilas etmək mümkün olmadı.

Məhz səmada baş verən partlayış nəticəsində təyyarənin quyruq hissəsi gövdədən beş kilometr aralıda yerə düşüb.

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv