!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı DETALLAR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb.

Yenicag.az ın Rusiya mediasına istinadən məlumatına görə, nəticədə göyərtədə olan bütün heyət həlak olub. Priqojinə məxsus təyyarənin uçuş trayektoriyası isə belə olub:

– “Embraer Legacy” 600 bir gün əvvəl saat 17:54-də Moskvanın Şeremetyevo Hava Limanından Sankt-Peterburqa uçun təyyarədə 10 nəfər olub. Yola düşməzdən əvvəl stüardessa Kristina Raspopova qohumlarına bildirib ki, onların uçuşu nədənsə gecikib.

– Saat 18:10-da təyyarə Tver üzərində 8,5 km yüksəkliyə qalxıb. Daha sonra uçuş radarına görə 9 dəqiqə üfüqi uçuş və 9,1 km-ə qədər qalxma olub. Saat 18:19-da “Embraer Legacy 600” düşməyə başlayıb. O, 2,5 kilometr məsafəni qəfildən 22 saniyəyə enib.

– Saat 18:20-də biznes reaktivi radardan yoxa çıxıb (uçuşdan 26 dəqiqə sonra).

– Təyyarə Tver vilayətinin Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Qəzadan əvvəl yerli sakinlər bir neçə dəfə güclü səs eşidiblər. Hadisə şahidlərinin sözlərinə görə, təyyarənin hissələri təxminən beş kilometrə müxtəlif istiqamətlərə səpələnib.

– Təyyarə qəzasından sonra Federal Hava Nəqliyyatı Agentliyi sərnişinlərin siyahısını dərc edib. Yevgeni Priqojinlə yanaşı, təyyarədə onun müavini Valeri Çekalov və “Vaqner” qrupunun komandiri Dmitri Utkin, “Vaqner” döyüşçüləridə olub.

10 nəfərin meyiti qəza yerində tapılıb. Meyitlər tanınmaz halda olduğundan onlar DNT nümunələrinə əsasən müəyyən edilib./unikal.az/

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv