!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Priqojinlə bağlı şok məlumat yayıldı

!Reklam – Yazi

“Wagner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin xərçəng xəstəliyindən sağalıb. Söhbət bağırsaq xərçəngindən gedir”.

Yenicag.az “Project”ə istinadla xəbər verir ki, bu barədə onun iki “işçisi” bildirib.

“Wagner” rəhbərinin uzun müddət xərçəng xəstəliyindən sağaldığı və ciddi müalicə aldığı iddia edilir. Nəşrin mənbələrinə görə, hazırda onun səhhəti normaldır.

Xəstəliyə görə Priqojinin sağlam həyat tərzi sürdüyü və ciddi pəhrizə riayət etdiyi iddia edilir.

Priqojinin çoxdankı “işçilərindən” biri iddia edib ki, son illərdə həkimin ona bir stəkan limonad içməyə icazə verdiyini görüb.

Agentliyin mənbəsi onu da qeyd edib ki, Priqojinin bağ evində axtarışlar zamanı onlar reanimasiya çarpayısı, ventilyator və oksigen konsentratoru olan yaxşı təchiz olunmuş tibb otağı tapıblar.

Məlumata görə, Priqojin Putinin qızı Mariya Vorontsovaya məxsus olan “super VİP” statusundakı elit “Sogaz klinikasında “Dmitri Qayler” təxəllüsü ilə müalicə alıb. Axtarışlar zamanı onun evindən həmin adda pasport aşkar edilib.

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv