!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Problem budur ki, insanlar müxalifət partiyasının üzvü olduqlarının açıqlanmasını istəmirlər” - RƏY

!Reklam – Yazi

“Qeydiyyatdan keçmiş altmışa yaxın partiyanın yarısı beş min nəfər üzv tələbinin öhdəsindən gələ bilməyəcək”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” qanunun tətbiqindən sonra mövcud təşkilatların öz fəaliyyətlərini yenidən düzənləməyə yönəlik proses haqda danışan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, bu prosesin siyasi təşkilatlar üçün çətinlik törətdiyi artıq açıq şəkildə görünməkdədir:

“Sözsüz ki, yeni qanunun tətbiqi partiyaların qarşısında konkret tələblər qoyub və onların yerinə yetirilməsi istiqamətində işlər görülür. Digər partiyaları deyə bilmərəm, ancaq biz bu işləri imkanlarımıza uyğun qaydada davam etdiririk.

Etiraf edim ki, proses çox çətin gedir. Hətta təxminlərimə görə, ölkədə qeydiyyatdan keçmiş altmışa yaxın partiyanın yarısı beş min nəfər üzv tələbinin öhdəsindən gələ bilməyəcək.

Bildiyiniz kimi, əvvəlki qanunla qeydiyyatdan keçmək üçün sadəcə, min nəfər üzvün olması və onların anket məlumatlarının verilməsi tələb edilirdi. İndi isə üzvlərin sayını birdən-birə beş min nəfərə çatdırmaq lazımdır.

Problem budur ki, insanlar müxalifət partiyasının üzvü olduqlarının açıqlanmasını istəmirlər. Doğrudur, son vaxtlar dövlət-siyasi partiyalar münasibətlərində müsbət dəyişikliklər var. Ancaq bununla belə, dediyim problemin aktuallığı qalmaqdadır”.

A.Zeynalov

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv