!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Problemlərin arzuedilməz “HƏLL” VARİANTI: “Üzləşdikləri dözülməz hallardan qaçmaq üçün...”

!Reklam – Yazi

“İnsanlarda özünü büruzə verən sinir sistemi pozuntuları vaxtında analiz edilməli və müalicə olunmalıdır”.

Bu fikirləri insanların qarşılaşdıqları müxtəlif problemlərin təsiri altında qeyri-adekvat addımlar atmasının səbəblərinə toxunan psixoloq Gülər Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, fərqli xarakterə və temperamentə malik olan insanların həyata, baş verən hadisələrə cavab reaksiyası müxtəlifdir

“Hər bir insanın özünəməxsus psixotipi var. İnsanlar böyüdükləri ailə mühitində formalaşır, cəmiyyətə adaptasiya olur, şəxsiyyətə çevrilir və sosiallaşırlar. Fərqli xarakterə və temperamentə malik olan insanların həyata, baş verən hadisələrə cavab reaksiyası müxtəlifdir.

İntihar hallarının baş verməsinin kökündə, əsasən, ailə mühiti və cəmiyyət dayanır. Ona görə də insanlarda özünü büruzə verən sinir sistemi pozuntuları vaxtında analiz edilməli və müalicə olunmalıdır. Müalicə edilməyən həmin fərdlər cəmiyyət tərəfindən üzləşdiyi basqılar, ailədaxili problemlər və bu kimi dözülməz hallardan qaçmaq üçün sağlam həll variantlarını deyil, intihar yolunu seçirlər”.

Nuray Məmmədzadə

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv