!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi

!Reklam – Yazi

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Cəbrail Fərzəliyevin 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə “PAŞA Bank” ASC və “Azərbaycan Respublikasının Gənclər Fondu” zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat “Azərbaycan Respublikasının Gənclər Fond”una, 342 min manat isə “PAŞA Bank”a qarşı mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub./report

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv