!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Prokurorluğun məsələyə birbaşa müdaxilə etməsi kobud hərəkətdir" - Rəşad Məcid

!Reklam – Yazi

“Mən özüm də Baş Prokurorluqdan quruma çağırılan şəxslərin hansı dövlət sirrini pozması ilə bağlı mövqe ala bilmədim”.

Yenicag.az xəbər verir ki, bu sözləri BBC News Azərbaycanca-ya Mətbuat Şurasının üzvü Rəşad Məcid deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun hüquq mühafizə orqanları, o cümlədən Baş Prokurorluqla birgə komissiyaları var, amma onlara həmin bloqer və jurnalistlərin konkret hansı dövlət sirrini pozmasına dair məlumat verilməyib.

“Prokurorluğa dəvət olunanlar konkret hansı əməllər törədiblər, mənə elə gəlir, Baş Prokurorluq bunu izah eləməli idi. Ona görə də bu sual cəmiyyətdə açıq qalıb”, – Rəşad Məcid deyib.

O hesab edir ki, Mətbuat Şurasının toplantısı olmadan və ya Şuraya müraciət edilmədən prokurorluğun məsələyə birbaşa müdaxilə etməsi kobud hərəkətdir və ölkənin demokratik prinsiplərinə ziddir.

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv