!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokurorluq Gəncədə kişinin arvadını bıçaqlaması barədə məlumat yaydı

!Reklam – Yazi

İyulun 1-də 1988-ci il təvəllüdlü Şəhla Bayramova və 1989-cu il təvəllüdlü Ramin İmanovun xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla Ramin İmanovun Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış evində Şəhla Bayramovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv