!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokurorluqdan Samuxdakı qətllə bağlı açıqlama

!Reklam – Yazi

Samux Rayon Prokurorluğu rayon ərazisində baş verən qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan Yenicag.az-a daxil olan məlumatda deyilir:

“Aprelin 25-i saat 23 radələrində Samux rayonu, Təzəkən kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir”.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv