!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Proses davam edir, nəticənin necə olacağını zamanında görəcəyik” – Partiya sədri

!Reklam – Yazi

“Bu işlər partiyaların hərəkətlənmələrinə, onların fəaliyyətində dinamikanın artmasına təkan verəcək”.

Bu fikirləri ölkədəki mövcud siyasi təşkilatların “Siyasi partiyalar haqqında” yeni qanuna uğyunlaşma prosesinin gedişi haqda danışan Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri bu prosesi siyasi təşkilatların ətalətdən çıxmaları baxımından müsbət qiymətləndirib:

“Yeni qanun artıq ilin əvvəlində təsdiqlənib və partiyalar hazırda orada əks olunmuş tələbləri yerinə yetirməklə məşğuldurlar. Mətbuatdan oxuduğumuz və şəxsi əlaqələrimiz vasitəsilə öyrəndiyimiz qədər, partiyaların çoxu bu istiqamətdə çalışmaqdadırlar.

Mən əvvəl də demişdim ki, yeni qanunun qəbulu birmənalı qarşılanmasa da, partiyaların ətalətdən çıxmaları baxımından müsbət addımdır. Çünki bizdə ssiyasi təşkilatlar əsasən seçkidən seçkiyə fəallaşmaq praktikasına malikdirlər. Qalan dövrdə isə passivlik yaranır.

Bu proses partiyaların hərəkətlənmələrinə, onların fəaliyyətində dinamikanın artmasına təkan verəcək. Bizim partiya da son həftələrdə diqqəti təşkilatlanmaya yönəldib. İyirmiyə qədər rayonda yerli təşkilatlarımız qurulub. Hansı partiyanın bu prosesi uğurla başa vuracağını zamanı gələndə görəcəyik. Hələlik isə proses davam edir”.

A.Zeynalov

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv