!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Proses Putinsiz Rusiya modelinin üzərinə köklənib" - ŞƏRH

!Reklam – Yazi

“Mahiyyətcə Putin erasının sonu yaxınlaşır. Proses Putinsiz Rusiya modelinin üzərinə köklənib”.

Bu fikirlər Rusiya-Ukrayna müharibəsini, prosesdən gözlənilən nəticə və müharibənin Cənubi Qafqaza təsirini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, müharibəyə başlamaqla Rusiya dünyaya mahiyyətini göstərib:

“Rusiyanın müstəqil dövlətlərə, toplumlara qarşı aqressiyası göz önündədir. Diplomatik savaşda bu aqressiya yerini silaha verdi. Putin administrasiyası silah dilində danışmağa başladı və dünyanın qorxduğu budur. Sonunda Rusiyanı çökdürən də bu olacaq. Rusiya düşünürdü ki, Almaniya ilə Fransa neytral mövqe tuta bilər. Bu baş vermədi. Rusiya təkləndi. Yalnız Suriya və Şimali Koreya Rusiyaya dəstək oldu.

Rusiyanın mahiyyəti ortaya çıxdı. Ümid edənlər var idi ki, Rusiya güclü, ağlıllı dövlətdir. Mənə elə gəlir ki, hər imperiyanın bir çöküş tarixi var. Rusiya çöküş tarixini yaşayır. Zorakı formada Ukraynaya təcavüzü, insanları qadın-uşaq demədən qətlə yetirməsi də onun çöküşünün təzahürüdür. Dünya artıq Rusiyaya qarşı birləşir. Əvvələr Avropa Birliyi və ABŞ sözlü bəyanatlarla işini bitmiş hesab edirdisə, artıq Ukrayna xalqının bütün vasitələrlə yanındadırlar. Bu o deməkdir ki, Rusiyanın daxili resurslarını tükənmək üzrədir, beynəlxalq aləmdə resursları blokadadadır, iqtisadiyyatı çöküşdədir. Daxildə ciddi narazlıqlar var. Ölkə içərisində hərbə, təcavüzə qarşı dirəniş prosesi baş verə bilər.

Ukrayna dünyanın, Avropanın təhlükəsizlik açarlarından biridir. Əgər Rusiyanın hegemonluğu davam edərsə, bu, dünyanın alt-üst olması deməkdir. Bunu az ehtimal edirəm, ancaq var. Çoxluqla dünya demokartiyaya doğru vüsət almaqdadır”.

Səxavət Məmməd

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv