!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Prosesdə iştirak edən hər bir kəsə statuslar, adlar, təltiflər verilməlidir" - Rey Kərimoğlu

!Reklam – Yazi

“Müharibə vaxtı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, o cümlədən cəbhə bölgəsinə ezam olunmuş jurnalistlərə, silahlı qüvvələrin digər bölmələrinin əməkdaşlarına, həkimlərə, təminatda, toplanışda iştirak edənlərə veteranlıq statusu verilməlidir”.

Bu sözləri veteranlıqla bağlı yaranmış narazılıqlara münasibət bildirən “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri, qazi, jurnalist Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında deyib.

Rey Kərimoğlu bildirib ki, döyüş əməliyyatlarında iştirak etmiş hər kəs, ezam olunmuş jurnalistlər, həkimlər və təminat çatdıranlar veteran statusu almalıdır:

“Son zamanlar yenə veteranlıq məsələsi gündəmdədir. Düşünürəm ki, hərbi əməliyyatlarda iştirak etmiş bütün zabitlərə, əsgərlərə veteranlıq statusu verilməlidir. O cümlədən həmin vaxt cəbhə bölgəsinə ezam olunmuş jurnalistlərə, silahlı qüvvələrin digər bölmələrinin əməkdaşlarına, həkimlərə, təminatda, toplanışda iştirak edənlərə veteranlıq statusu vermək lazımdır. Sadəcə olaraq bu məsələdə bir aydınlaşdırma olmalıdır. Döyüş əməliyyatlarında iştirak edənlərlə veteranlar fərqlənməlidir. Birbaşa döyüş əməliyyatlarında iştirak edən şəxslərə müharibə iştirakçısı, birbaşa əməliyyatlarda iştirak etməyib, arxa cəbhədə olan adamlara isə veteran statusu verilsin. Bu barədə dövlət dəstəyini müzakirə edib, bir qərar vermək olar. Bunları deməkdə məqsədim odur ki, birbaşa döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə dövlətin də bir dəstəyi olsun. Onların əksəriyyəti gənclərdir. Jurnalistlər də əməliyyatlarda iştirak ediblər. Heç nə demirəm, Ağdam, Tərtər istiqamətində olan jurnalistlər hamısı mərminin altında idi. Onların çoxu xəstədir. Zaman keçdikcə hamısı müəyyən problemlər yaşayacaqlar, psixoloji problemlərlə üz-üzə qalacaqlar. Sağlamlıqlarında da müəyyən fəsadlar olacaq. Bunlar hamısı dəqiq araşdırılmalı və hər kəsə öz haqqı verilməlidir. Bu müharibədə Ali Baş Komandandan tutmuş əsgərə qədər bütün xalq iştirak edib. O prosesdə iştirak edən hər bir kəsə müəyyən statuslar, adlar, təltiflər verilməlidir. Təəssüf ki, bu prosesdə xoşagəlməz hallar var. Müəyyən qurumlar bunun aradan qaldırılmasına çalışırlar. Ancaq aradan qaldıra bilməyiblər. Düşünürəm ki, bu məsələyə hüquqi qiymət verilməlidir. Qanun şəklində qəbul edilməli və hər kəs öz haqqını almalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv