!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Proseslər SIFIRLANIB?: “Azərbaycan bunu hər zaman ön planda tutub” - POLİTOLOQ

!Reklam – Yazi
“Biz həm otuz illik işğal dövrü, həm də 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanla sülhün mümkünlüyünü hər zaman ön planda tutmuşuq”.
Bunu son zamanlar sərhəddə və Qarabağda yaşanan gərginliyin Ermənistanla Azərbaycan arasında sülh danışıqları proseslərinə təsirindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Azərbaycan sülhlə bağlı sabit mövqeyi olan, daim sülhə sabitliyini nümayiş etdirən ölkədir:
“Biz həm otuz illik işğal dövrü, həm də 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanla sülhün mümkünlüyünü hər zaman ön planda tutmuşuq. Lakin bu günə qədər təəssüf ki, Azərbaycan ərazilərindəki separatçı xunta öz fəaliyyətini sona çatdırmayıb. Məhz bunun nəticəsində də bölgədə gərginlik riçaqları daim qalmaqda davam edir.
Azərbaycan ərazilərindən separatçıların və terrorçuların təmizlənməməsi, eyni zamanda proseslərlə bağlı ortaya səmimi mövqenin qoyulmaması Azərbaycanın növbəti “Qisas” əməliyyatını keçirməyini zəruri edir. Bu proseslər sülh danışıqlarına təsir etməməlidir. Çünki Azərbaycan Ermənistanın qanuni tanınmış ərazilərinə qarşı hansısa hərbi müdaxiləyə yol verməyib və verməyəcək. Məsələ öz qanuni ərazilərimizdə terrorçuluğa qarşı aparılan əməliyyatları ilə bağlıdır. Ermənistan da Azərbaycan kimi sülh yolunda səmimi mövqe nümayiş etdirməlidir. Azərbaycanın daxili ərazilərilə bağlı aldığı qərarları hansısa formada müdaxilə etməməlidir. Bu Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı taleyi ilə bağlı president hesab edilməməlidir”.
Nəsimi Ələsgərli

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv