!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prosesləri qızışdıran Fransanın MƏQSƏDİ: "Makronun, İdalqonun və digərlərinin davranışlarından..."

!Reklam – Yazi

“Ann İdalqonu erməni mövqeyindən çıxış etməyə məcbur edən də, İrəvan və Azərbaycanla sərhədə gətirən səbəb də qarşıdakı seçkilərdir”.

Bu fikiri Fransanın Cənubi Qafqazdakı maraqları, prosesləri gərginləşdirmə səbəblərini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Fransanın prosesləri qızışdırmasının arxasında Ermənistan sevgisi yox, rəsmi Parisin Cənubi Qafqaz maraqları dayanır:

“Fransanın erməni sevgisinin arxasında təkcə Fransadakı çoxmilyonluq erməni lobbisinin, elektoratın, maliyyə hakimiyyətinin, erməniəsilli şəxslərə məxsus çoxsaylı media qurumlarının, ictimai təşkilatların dəstəyini almaq deyil, həm də rəsmi Parisin Cənubi Qafqaz maraqları dayanır. Yəni başqa sözlə desək, Fransa hakimiyyəti uzun illərdir ki, bir güllə ilə iki quş vurur.
Fransa hakimiyyəti üçün bu ölkədə olan çoxsaylı ermənilərin dəstəyi nə qədər vacibdirsə, erməni kartından istifadə edərək Cənubi Qafqazda təmsil olunmaq da bir o qədər önəmlidir. Makronun Fransanın daxili problemlərini bir kənara atıb bir qrup separatçıya dəstək nümayişi də burdan qaynaqlanır.

Fransanın Ermənistana verdiyi dəstək, fransalı siyasətçilərin bəyanatları və Ermənistana mütəmadi səfərləri, “humanitar fəlakət” şousu çərçivəsində Laçın sərhədimizə yük maşınları göndərməsi, eləcə də Makronun ermənilərin üzləşdiyi humanitar fəlakət məsələsini BMT Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarmaq cəhdi rəsmi Parisin ümumi strategiyasının tərkib hissəsidir.

Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmaması və Qarabağ ermənilərinin reinteqrasiyanın baş tutmaması üçün var gücü ilə çalışır. Məqsəd Cənubi Qafqazda Rusiya Federasiyasının mövqelərini zəiflətmək və nəhayətdə onlardan boşalacaq yerə sahiblənməkdən ibarətdir.

Fransa düşünür ki, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsini gündəmdə saxlamaqla və Rusiyanın onların müdafiəsi üçün hər hansı fəaliyyət göstərmədiyini nümayiş etdirməklə sülhməramlı missiya və ya müşahidə qrupu adı ilə regiona yerləşə bilər.

Son bir neçə müddətdir ki, Paşinyanın sülhməramlı kontingentə qarşı çıxışlarının arxasında da, erməni separatçıların sühməramlı hərbçilərə qarşı aqressiya nümayişinin arxasında da, Ermənistan mediasında anti-Rusiya təbliğatının arxasında da məhz bu amil dayanır. Erməniləri hər kəsdən, hətta Rusiyadan belə qoruya biləcəklərini sübut etmək üçün isə Fransanın hakimiyyət dairələri və siyasətçiləri ermənidən artıq erməni olmağa çalışır, qarabağlı ermənilərin separatizmini dəstəkləyir, beynəlxalq təşkilatlarda və qlobal geosiyasətdə Azərbaycana qarşı hücumlara keçirlər.

Bu kampaniyanın arxasında isə təkcə Fransa prezidenti dayanmır. Fransada belə siyasətçilərin sayı kifayət qədərdir. Onlardan biri də Parisin meri Ann İdalqodur. Fransada növbəti prezident seçkilərinə qatılmaq niyyətində olan İdalqo üçün indi baş verənlər göydəndüşmə fürsətdir. Erməni icmasının imkanlarından istifadə etmək, maddi və mənəvi dəstəyinə nail olmaq üçün İdalqo uzun müddətdir ki, fəaliyyət göstərir.

İdalqo ilə erməni icması arasında vasitəçi qismində isə onun müavinlərindən biri Anuş Tonoyan çıxış edir. Anuş Tonoyan Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının rəhbəri Ara Tonoyanın qızıdır. İdalqo hələ 2015-2018-ci illərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla bir neçə dəfə görüşüb və Fransa ermənilərinin təşkil etdiyi tədbirlərdə mütəamadi olaraq iştirak edib. O, hər il “erməni soyqırım” ilə bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımları ilə yadda qalıb.

İndi də İrəvanda çoxsaylı görüşlər keçirən, separatçıların lideri Arayik Arutyunyanla onlayn şəkildə əlaqə saxlayan İdalqo bununla da kifayətlənməyərək, Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsinə gəlir. O, saxlanılaraq Birinci Qarabağ müharibəsində törətdiyi vəhşi cinayətlərə görə məsuliyyətə cəlb edilən Vaqif Xaçaturyanın qızı ilə görüşərək, onu bağrına basır və cinayətkarın ən qısa müddətdə azadlığa çıxması üçün əlindən gələni edəcəyinə söz verir. Yenə təkrar edirəm, Ann İdalqonu erməni mövqeyindən çıxış etməyə məcbur edən də, İrəvan və Azərbaycanla sərhədə gətirən səbəb də qarşıdakı seçkilərdir.

Mer kimi üzərinə düşən vəzifəni belə düz-əməlli icra edə bilməyən İdalqonun yarıtmaz fəaiyyəti nəticəsində Paris bu gün Avropanın ən qeyri sabit, çirkab içində üzən və bu səbəbdən də ekoloji problemlərin baş alıb getdiyi şəhərə çevrilib. Dünya və yerli media dəfələrlə şəhərdə tullantıların toplanıb qalması, pis qoxu yaranması və gəmiricilərin artması barədə reportajlar hazırlayıb. Amma İdalqo bu problemləri aradan qaldırmaq əvəzinə Fransadan min kilometrlərlə uzaqda yerləşən Xankəndi ermənilərinin “problem”lərinə çarə olmaq üçün yollara düşüb.

Təbii ki, sonda Makronun, İdalqonun və ya digərlərinin bu səpkili davranışlarından ən çox ziyan görən məhz Ermənistan olacaq. Çünki Fransa hər zaman onun vədlərinə inanan ölkələrə yalnız bədbəxtlik gətirib”.

Səxavət Məmməd

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv