!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Psixi problemi olan şəxslərdən QORUNMAQ: “Cinayət törədəcəyi təqdirdə belə...”

!Reklam – Yazi

“Qanunvericilikdə psixi xəstənin öz hərəkətlərinə görə məsuliyyət daşıması ilə bağlı müddəa yoxdur”.

Bu fikirləri psixi problemləri olan və ətrafa zərər verən şəxslərlə bağlı atılmalı olan vacib addımlardan danışan hüquqşünas Ceyhun Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ətrafdakı insanlara və ümumiyyətlə, cəmiyyətə zərər verəcək hərəkətlər müşahidə etdikdə, məhkəməyə müraciət edərək psixi disbalansı olan şəxsin müalicə müəssisəsinə yerləşdirilməsinə nail olmaq mümkündür:

“Bu barədə Azərbaycan Mülki Prosessual Məcəlləsində konkret qaydalar müəyyən edilib. Yəni həmin məcəllədə bu barədə ərizənin necə yazılacağı, sənədlərin hara və necə təqdim olunacağı barədə hər bir detal xüsusi dəqiqliklə qeyd edilib.

İşə məhkəmədə baxıldıqdan sonra əgər uyğun qərar qəbul edilərsə, həmin xəstə məcburi qaydada psixiatriya stasionarına yerləşdirilir və ətrafa zərər verməsinin qarşısı alınır.

Qanunvericilikdə psixi xəstənin öz hərəkətlərinə görə məsuliyyət daşıması ilə bağlı müddəa yoxdur. Çünki sözügedən şəxs aqressiv və anlaqsız vəziyyətdə olduğuna görə cinayət subyekti sayılmır və məsuliyyətə cəlb edilmir.

Əlavə olaraq, cinayət törədəcəyi təqdirdə belə həmin şəxs və onun yaxın ətrafı məsuliyyət daşımır. Çünki qanunda cinayət məsuliyyətinin fərdi xarakter daşıdığı təsbit olunub.

Lakin burada mülki məsuliyyət məsələsi müzakirə oluna bilər. Əgər qonşuda, küçədə, yolda, yaxud yaxın ətrafda psixi xəstə ilə qarşılaşılarsa və onda zərər verə biləcək hərəkətlər müşahidə edilərsə, həmin xəstənin yaşadığı yer üzrə qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət olunmalıdır. Təhlükənin aradan qaldırılması üçün isə həmin orqanlar tərəfindən zəruri tədbirlər görülməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv