!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Psixologiyamızı pozan PSİXO(PAT)(LOQ)LAR: Özünə umac ova bilməyənlər... – Cəvahir Nehru yazır

!Reklam – Yazi

Əvvəllər dəb idi, ərindən boşanani müğənni olub, şou-biznesə qatılırdı. Bu gün dəb yenilənib, itə daş atırsan, psixolaqa dəyir. Əksəriyyətinin heç ali təhsili də yoxdur. Sadəcə olaraq, öz sahəsində uğura nail olmayan, şəxsi problemlərini həll edə bilməyənlər çıxış yolunu bu sahədə “parıldamaqda” görür.

Dəlləkliyi də kiminsə başında öyrənməyə başlayırlar. Hansısa ictimai qurumların pulla satdıqları əldəqayırma ödülləri qoltuqlarına vurub, çıxırlar efirə. Efir deyəndə ki, Lalə Azərtaşın saçyoldu, üzədurdu məclisindən çıxıb, yol alırlar Xoşqədəmin ağlaşma mərasiminə. Sonra da Zaur Baxşəliyevin ”ailə şousuna”…

Həmin aparıcılar tərəfindən “uzman” titulu ilə təqdim olunan, daha doğrusu, cəmiyyətə sırınan bu psixopatlar başlayırlar ağızlarına gələni danışmağa. Bir quş buraxmaq kifayət edir ki, sosial şəbəkələrin gündəminə düşsünlər. Çünki məşhurluğa gedən yolun məhz belə “quşlamalardan” başladığını yaxşı bilirlər.

Bir gecənin içində məşhurlaşan həmin “psixoloq”ların ulduzları necə bərq vurursa, ertəsi gün qəbullarında uzun növbələr sıralanır. Pasiyentlərinin, başqa sözlə, “kliyent”lərinin sayı-hesabı olmur.

Şəxsən mən adam tanıyıram ki, maaşını alan kimi qaçır həmin “uzman”ların qəbuluna. Seansın qiyməti də nə az, nə çox, azı 50 manatdan başlayır. Yeməyə çörək tapmayan, amma “psixoloq”lara asanlıqla yem olan həmin adamların psixologiyası o qədər pozulur ki, özlərinə gələndə, yuvarlandıqları uçurumdan heç pulla da çıxa bilmirlər.

Adama deyərlər, ay bədbəxt, hələ bir öz dərdlərinə çarə qıl, özünə bir gün ağla, şəxsi problemlərini çöz, psixoloji durumuna nəzarət et, sonra başqalarının psixologiyasına müdaxilə edərsən. Belə yerdə deyirlər e, özünə umac ova bilməyənlər özgəsinə əriştə kəsir.

Əsəb, qəzəb, aqressiya, depressiya, panikatakdan əziyyət çəkən bu “uzman”ların özlərinin həqiqi psixoloqa ehtiyacları var. Odur ki, psixologiyanızın pozulmasını istəmirsizsə, o psixopatlardan uzaq durun.

Cəvahir

www.yenicag.az

2716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv