!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Psixoseksual mərhələ nədir? – Psixoloqdan heyrətamiz açıqlama

!Reklam – Yazi

Bəzən susub danışmadığımız mövzular olur. Cavabını axtarmağa utandığımız, bəzən isə heç axtarmaq istəmədiyimiz psixoloji məqamlar isə yetərincədir. Bəs insan davranışlarında psixoseksual mərhələ nədir? Bu zaman necə davranmaq lazımdır? Tanınmış psixoloq, Qazaxıstan Psixoloqlar Assosiasiyasının üzvü, uzun illər Orta Asiya respublikalarında həkim-psixoloq kimi fəaliyyət göstərmiş Nahidə Axund suallarımıza olduqca maraqlı cavablar verdi:

“Hər bir insan bütün ömrü boyu hansı mərhələdən keçdiyini bilməlidir. Məşhur psixoloq Ziqmund Freydin nəzəriyyəsinə əsasən, insanın psixoseksual inkişafı 5 mərhələdən ibarətdir. Bu da insanın özünü cinsi baxımdan düzgün tanımasından və hətta deyərdim ki, düzgün cinsi bilikdən qaynaqlanır. Bu mərhələlərdən uğurla keçə bilməmək insanda nevroz, müxtəlif aludəçilik, hətta əqli gerilik kimi xəstəliklərə gətirib çıxara bilər.
Bir az ətraflı açıqlama gətirsək, körpənin doğulmasından başlamaq lazımdır. İnsan doğulur və ana südü ilə qidalanır. Yəni insan həyatı ağzı ilə dadır və tanımağa başlayır. Əgər ana övladını süddən kəsmək istəyirsə, bunu onu incitmədən etməlidir. Körpə travma alırsa, bu, onda patoloji hala keçir. Böyüdükcə o, daha çox nəyisə gəmirməyə, böyüdükdə isə siqaret çəkməyə meyilli olurlar. Bu da o deməkdir ki, hələ körpəlikdə onlarda oral travma baş verib. Digər problem isə övladlarınızı uşaq vaxtından pampersə deyil, müstəqil olaraq ayaqyoluna getməyə öyrətmək lazımdır. Bu, uşaqlara körpəlikdən nizam-intizam, məsuliyyət hissi aşılayır. Bu cür insanlar böyüyəndə çox ağıllı, müstəqil və özünə inan biri olurlar.
P.S. Mövzunu davam etdirəcəyik …

https://instagram.com/psixoloq_nahida_axundova?utm_source=qr&igshid=MzNlNGNkZWQ4Mg==

 

 

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv