Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir" - Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru

Reklam: Sinerji Pro

“Müdafiə Sənayemiz silahlı PUA-larımızdan silah-sursatlarımız, raketlərimiz və elektron müharibə sistemlərimizə qədər bütün təcrübəsi, texnologiyası və imkanları ilə hər zaman Azərbaycanın ixtiyarındadır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir deyib.

İ.Dəmir “Twitter” hesabındakı paylaşımında Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayevi və Azərbaycan Müdafiə Nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovu qəbul etdiklərini bildirib.

Paylaşımında “İki qardaş ölkənin tək ürək olduğunu bir daha dünyaya göstərməli olduğumuz bir zamanda, müdafiə sənayesində əməkdaşlıq mövzularını da müzakirə etdik”, – deyə bildirən Dəmir sözlərini belə davam etdirib:

“Müdafiə Sənayemiz silahlı PUA-larımızdan silah-sursatlarımız, raketlərimiz və elektron müharibə sistemlərimizə qədər bütün təcrübəsi, texnologiyası və imkanları ilə hər zaman Azərbaycanın ixtiyarındadır. Azərbaycan ordusuna yeni sistemlər gətirməklə yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, texniki xidmət və təlim fəaliyyətləri məsələlərində birlikdə çalışacağıq.

Bir millət, iki dövlət…”

www.yenicag.az

354