“Gəncə şəhərində baş verən hadisələr, yüksək rütbəli iki polis zabitinin şəhid olması Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş böyük təxribatdır. Bu hadisələrin günahkarları ən ağır formada cəzalandırılmalıdır”.
Xəbər verdiyimiz kimi, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.