Şeyxin nümayəndəsinin qardaşı şəhid oldu – Gəncədə – Yenicag.Az

Reklam

Reklam

Xəbər verdiyimiz kimi, bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Lakin təəssüflər olsun ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Səməd Abbasov Azərbaycan prezidenti İlham Əliyevin yeni təltif etdiyi zabitlərdən olub.

Belə ki, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə Səməd Abbasov “İgidliyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, “Lefortovo” məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır. Abbasovlar ailəsi hər zaman Azərbaycan dövlətçiliyini qoruyublar.

Emin Səfərov

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9320
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."