Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
2022-ci il sentyabrın 14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.
Sabah UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Sentyabrın 14-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 13-də qurultay dəvətlisi Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyib ilə görüşüb.