!Reklam

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının etirazına səbəb olub. İtaliyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.