!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna limanlarından ərzaq daşıyan daha beş gəmi çıxacaq

!Reklam – Yazi

Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində, Birgə Koordinasiya Mərkəzindən icazə alaraq, cümə günü ərzaq daşıyan beş gəminin Ukrayna limanlarını tərk etməsi planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.

“Birgə Koordinasiya Mərkəzi Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 69 600 ton taxıl və digər ərzaq məhsulları daşıyan dörd gəminin yola salınmasına icazə verib”, – deyə bildirilib. Bundan əlavə, daha əvvəl limanı tərk etməli olan, lakin hərəkətin başlamasını cümə gününə qədər təxirə salan başqa bir gəmi yola düşəcək.

BMT-də qeyd edilib ki, “Breeze” gəmisi (47,2 min ton raps) Almaniyaya, “Annabella” (8,5 min ton kolza) Rumıniyaya gedəcək.“Navin Vulture” gəmisi Yunanıstana 7,5 min ton qarğıdalı və arpa çatdıracaq. “CS Cihan” quru yük gəmisi Misirə 6,4 min ton soya göndərməyi planlaşdırır.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv