!Reklam

“Kontakt” mağazalar şəbəkəsi “Autizm Məlumatlandırma Günü” ərəfəsində autizmli şəxslərə diqqət çəkmək, onların inkişafına dəstək olmaq məqsədilə yeni xeyriyyə aksiyasına başlayıb. Aksiya çərçivəsində bütün “Kontakt Home” mağazalarının kassa bölməsində xüsusi ianə qutuları yerləşdirilib. Bu qutulara toplanan ianələr hər ay "Birgə və Sağlam" İctimai Birliyi nəzdindəki "Autizm Bərpa Mərkəzi”nin balansına köçürüləcək.