Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Respublikasının Baş nazirinin “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər” haqqında Sərəncamına və Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına əsasən qadağan olunan qaz cihazlarından istifadə hallarının qarşısının alınması məqsədilə rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyeklərində maarifləndirici monitorinqlərin aparılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı xüsusi işçi qruplar yaradılmışdır.
Vətəndaşların xaricdə aldıqları təhsili təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.
Taliban qruplaşması Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, təxminən, 490 keçmiş hökumət məmurunu, təhlükəsizlik qüvvələri və diplomatları öldürüb və ya oğurlayıb.