Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Fevralın 3-də Yasamalda yaşadığı evdə tək qalıb eyvanda ağlayaraq qışqıran uşaqla bağlı məlumat vermişdik. Sözügedən hadisə ilə bağlı aparılan araşdırma barədə yeni məlumatlar var.
Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin qabaqcıl ali məktəbləri ilə əməkdaşlığı inkişaf etdirir. Əməkdaşlıq çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Prof.Dr. Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-nun qonağı olub. Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları qardaş ölkədə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, AzTU və Qazi Universiteti arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İki universitet arasında 4 ixtisas üzrə ikili diplom haqqında müqavilənin imzalandığını deyən rektor görülən işlərin tədrisin keyfiyyətinin yüksəldilməsi və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.