50 dərman deposu, 500-dən artıq aptek... - Sabiq nazir müavininin fəaliyyəti araşdırılır - VİDEO
Xəbər verdiyimiz kimi, fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri vəzifəsini də itirib. Bu vəzifə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin sabiq rəis müavini, hazırda Səhiyyə nazirinin müavini olan Rasim İsmayılova tapşırılıb.