Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
bp-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində paytaxt və regionlarda pilot inklüziv təhsil məktəblərinin müəllimləri üçün təşkil olunan təlimlər başa çatıb. Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında təşkil edilən təlimlərə 50 orta ümumtəhsil müəssisəsində çalışan 270-dən çox müəllim cəlb olunub.
Təlimlər fərqli əlillik formalarında olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq məqsədilə türkiyəli ekspert Kayhan Karlı tərəfindən hazırlanmış yeni inklüziv təhsil proqramı üzrə ToT təlimlərini uğurla başa vurmuş yerli təlimçilər tərəfindən keçirilib.
Təlimlərdə iştirakçılara nəzəri biliklərlə yanaşı, tədris prosesində müəllimlər tərəfindən istifadə olunacaq müxtəlif alətlər və digər resurslar barədə də ətraflı məlumat verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Məqsəd paytaxt və regionlarda orta ümumtəhsil məktəblərində inklüziv təhsil mühitinin inkişafına və müəllimlərin bu sahədə bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.
Xatırladaq ki, layihə çərçivəsində, həmçinin yeni inklüziv təhsil proqramı əsasında 20 nəfər təlimçi hazırlanıb, aidiyyəti dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin, pilot inklüziv orta ümumtəhsil müəssisələrinin və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı ilə inklüziv cəmiyyətin inkişafında təhsilin və müəllim hazırlığının rolu, müəllimlərin bacarıqlarının artırılmasında dünyada və ölkəmizdə tətbiq olunan yeni təlim proqramlarının müzakirəsinə həsr olunan dəyirmi masa təşkil edilib, pilot inklüziv məktəblər müxtəlif təlim və inkişafetdirici vəsaitlər, didaktik materiallar və digər vasitələrlə təmin olunub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.
Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama […]