!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin revanşistləri “diriltmək” CƏHDİ: “Azərbaycanın bu cəhdlərə qarşı sərt etirazı…”

!Reklam – Yazi

 

“Eyni zamanda, bu silahlandırma kampaniyası Ermənistandakı revanşist qüvvələrin daha da fəallaşmalarına stimul verir”.

Bu fikirləri Ermənistanın ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən silahlandırılmasının Azərbaycan tərəfindən qəbuledilməzliyini vurğulayan politoloq Mətin Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın silahlandırılması regionun təhlükəsizliyinə mühüm təhdid kimi qəbul edilməlidir:

“Özünün rəsmi sənədlərində qonşu dövlətlərə qarşı ərazi iddiaları səsləndirən, əlavə olaraq, Azərbaycanla hələ də sülh müqaviləsini imzalamayan ölkənin silahlandırılması təbii ki rəsmi Bakını razı sala bilməz.

Eyni zamanda, bu silahlandırma kampaniyası Ermənistandakı revanşist qüvvələrin daha da fəallaşmalarına stimul verir. Fransa və Hindistan kimi dövlətlər Ermənistanı silahlandıraraq, Cənubi Qafqazda sülhün əldə olunmasına maneə yaratmağa çalışırlar.

O baxımdan, bəlli dövlətlərin regionu yenidən “barıt çəlləyinə” döndərmək niyyəti Azərbaycan və Ermənistan arasında aparılan kövrək sülh danışıqlarına yalnız mənfi təsir göstərir. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın bu cəhdlərə qarşı sərt etirazının tamamilə adekvat olduğu görünür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv