!Reklam

Müştərilərinə səfrəli qiymətlər təqdim edən “Nar” “Qarabağın dirçəlişinə göstərdiyi dəstəyə görə” “Azerbaijan Business award” mükafatı ilə təltif olundu. Mobil operator işğaldan azad edilmiş ərazilərdə satış və şəbəkə infrastrukturunun genişləndirilməsi istiqamətində səylərinə və Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının reinteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dəstəyinə görə bu mükafata layiq görülüb.

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi Təlimçi Məlumat Bankına daxil ediləcək yeni qrup təlimçilərin siyahısı müəyyən olunub. Azərbaycan Respublikası Gənclər Fondunun Təlimçi Məlumat Bankının məqsədi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən və ya Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihə və proqramlar çərçivəsində qeyri-formal təhsilin keyfiyyətinin artırılması, təlim-tədris prosesinin təşkilinə nəzarətin gücləndiriməsi və gənclərlə işləyən təlimçilərin əlaqələndirilməsidir.

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra yenidən prezident seçilən İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün ilk rəsmi səfərini Almaniyaya edib. Orada o, Almaniya kansleri Olaf Şolts ilə görüşərək ikitərəfli münasibətləri müzakirə edib, həmçinin ABŞ-nin yüksək səviyyəli rəsmiləri, o cümlədən dövlət katibi Antoni Blinkenlə iqlim dəyişikliyi, karbohidrogenlər və bərpa olunan enerji sahələrində əməkdaşlıq, ticarət əlaqələri, regional sabitlik və Ermənistanla sülh səyləri daxil olmaqla yeni əməkdaşlıq sahələrini araşdırmaq üçün görüşüb.