!Reklam

Hörmətli, cənab Prezident! Sizi, Azərbaycanda əldə olunmuş nailiyyətlər, xüsusilə dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə tarixdə öz imzasını qoymuş Azərbaycan lideri olaraq xalqımızın böyük etimadı ilə yenidən dövlət başçısı seçilməyiniz münasibətilə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İB-nin komandası adından ürəkdən təbrik edirəm.

Müstəqil Azərbaycanın siyasi tarixində ən böyük seçki təcrübəsinə malik olan Vətəndaş Həmrəyliyi Partiyası ölkəmizdə keçirilən bütün seçki və referendumlarda həm namizəd, həm də müşahidəçilərlə fəal şəkildə təmsil olunmuşdur. 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası öncədən Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini açıq şəkildə bildirmişdir.