Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 21 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanıb.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Serbiyaya səfəri zamanı bu ölkənin dövlət başçısı Aleksandar Vuçiçlə hərbi texnika və avadanlıqlara baxıblar. Serbiya ordusunun arsenalına daxil olan bir sıra silah və hərbi texnikalar nümayiş olunub.
2023-cü ilin yanvar-noyabr ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 288 min manat çoxu geri qaytarılıb.
Qanunda müəyyən olunub ki, yaşayış məntəqələrində piyada keçidləri arasında maksimum məsafə 300 metr ola bilər. Lakin 8 Noyabr prospektində piyada keçidləri arasında bəzi yerlərdə məsafə 1 km-dən çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 11,3% artaraq 921,1 manat təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.