!Reklam

Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla YAŞAT Fonduna ayrılan 5 milyon manat Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin yalnız müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün sərf olunacaq.

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, keçmiş zabitlər – nazirliyin Maliyyə idarəsinin şöbə rəisi Rafael Xələfov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmət rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Azərbaycan ordusunun Təlim-Tədris Mərkəzinin Maliyyə xidməti rəisi Rəşad Məlikzadə barəsində cari həbsdə saxlama müddəti başa çatıb.