!Reklam

Paytaxt Bakı "Viva La Vida" adlı Beynəlxalq Konqres və Sərgiyə ev sahibliyi edəcək. Uzunömürlülük üzrə ilk beynəlxalq konqres Səhiyyə Nazirliyinin dəstəyi və Sea Breeze Resort-un tərəfdaşlığı, həmçinin AWWA Dünya Estetik və Sağlamlıq Akademiyasının, Sea Breeze Anti-aging Mərkəzin və uzunömürlülük, sağlamlıq layihələrinin həyata keçirilməsi üzrə beynəlxalq ekspert, psixi sağlamlıq üzrə mütəxəssis Ilona Ansonenin təşkilatçığı ilə baş tutacaq.