!Reklam

Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən mahnıların monitorinqi aparılıb. Mərkəzdən verilən məlumata görə, 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib. Onlarda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən əlamətlər aşkar edilib.