Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
“Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür”.
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən […]