!Reklam

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 2018-ci il 22 fevral tarixli sərəncamına uyğun olaraq, vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək Vəkillər Kollegiyasına tövsiyə olunub. Biz cənab Prezidentin Sərəncamından sonra dərhal işə başladıq və müəyyən addımlar atdıq. Ancaq hesab edirəm ki, hazırda “Elektron vəkil” sisteminin təkmilləşdirilməsinə və onun “Elektron məhkəmə” informasiya sisteminə tam inteqrasiyasına ehtiyac var”.