!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə prezident seçkiləri: Ərdoğanın rəqibinin adı bu tarixdə açıqlanacaq

!Reklam – Yazi

6 müxalifət partiyasının qurduğu ittifaq Türkiyədəki prezident seçkilərində namizədin adını fevralın 13-də müəyyənləşdirəcək.

Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, bu barədə müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu məlumat verib.

Partiya sədri ittifaqdakı Səadət Partiyasının ev sahibliyində toplanacaq partiyalarla birlikdə fevralın 13-də namizədi müəyyənləşdirəcəklərini, sonrakı günlərdə isə ictimaiyyətə açıqlayacaqlarını bildirib.

Qeyd edək ki, iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin tarixi mayın 14-nə çəkilib. Bu tarix parlament tərəfindən təsdiq edildikdən sonra dəqiqləşəcək.

Xatırladaq ki, ölkədəki prezident seçkilərində mübarizə iki əsas siyasi ittifaq arasında gedəcək: Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə onun siyasi ortağı Milliyyətçi Hərəkat Partiyasından (MHP) ibarət “Cumhur” İttifaqı ilə 6 müxalifət partiyasının (Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, Gələcək Partiyası və DEVA Partiyası) bir cəbhədə birləşdiyi “Millət” İttifaqı.

“Cumhur” İttifaqı prezidentliyə namizədin yenidən Rəcəb Tayyib Ərdoğan olacağını açıqlayıb.

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv