Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı yaşandığından dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir.
Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə TÜRKSOY binasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir keçirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən, əldə olunmuş razılıqlar çərçivəsində öhdəlikləri təhrif edən əsassız bəyanatını qətiyyətlə rədd edirik.
Cəlilabadda rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Cəlilabad rayon sakini R.Astanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən R.Astanoun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.