!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlıların yuxusuna haram qatan aktivistlər: "Ruslar və ermənilər anlayacaq ki, həmin ərazilər..."

!Reklam – Yazi

“Azərbaycan öz ərazisində istədiyi vaxt Laçın yolunu qapada bilər”.

Bu fikirləri Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən keçirilən etiraz aksiyası fonunda hadisələrin hansı yöndə irəliləyəcəyilə bağlı düşüncələrini bölüşən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib .

Ekspert qeyd edib ki, bölgədə monitorinq keçirilməsinə şərait yaradılmalıdır:

“Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov qarşımıza çıxmayacaqsa, Ermənistanın Qarabağda qanunsuz fəaliyyət göstərən separatçılarla əlaqəsi kəsiləcək. Volkov məcburən qarşımıza çıxacaq və cavab verəcək. Yəqin ki, Volkov Rusiya Müdafiə Nazirliyindən təlimat gözləyir. Nəticə etibarilə ruslar və ermənilər anlayacaq ki, həmin ərazilər Azərbaycana məxsusdur. Azərbaycan öz ərazisində istədiyi vaxt Laçın yolunu qapada bilər. Bölgədə monitorinq keçirilməsinə şərait yaradılmalıdır. Əks təqdirdə, proseslər davamlı və fasiləsiz ola bilər”.

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv