Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Noyabr ayı üzrə diplomların tanınması üzrə 230 müraciətçinin 210-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 20 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının birgə keçirdiyi nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Ceyrançöl ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.
Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 01 dekabr 2022-ci il tarixində müxtəlif vaxtlarda Ucar rayon Rəstəcə kənd bələdiyyəsinin inzibati binasında Rəstəcə, Gəraybəyli kəndlərindən olan seçiciləri və Alpı kənd tam orta məktəbinin binasında Alpı, Qulabənd, Bağırbəyli kəndlərindən olan seçiciləri qəbul edib.