!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslar Stalinqradı geri “qaytarırlar”: “Volqoqradın adının dəyişdirilməsini təkid edirəm” – TƏKLİF

!Reklam – Yazi

“Stalinqrad bizim qürur duymalı, anmalı və mühafizə etməli olduğumuz dəyərdir”.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasının sabiq sədri Sergey Mironov deyib.

Hazırda “Ədalətli Rusiya – Həqiqət uğrunda” Partiyasının lideri və Dövlət Dumasının deputatı olan Mironov təklifini belə əsaslandırıb:

“Volqoqradın adının dəyişdirilərək Stalinqrad qoyulması təklifində təkid edirəm. Stalinqrad döyüşü tariximizin Rusiyanın müasir xəritəsində əks edilmək haqqı olan qəhrəmanlıq səhifələrindən biridir.

Mənim Stalin dönəmi haqqında heç bir illüziyam yoxdur, ancaq Stalinqrad döyüşü İkinci Dünya müharibəsinin dönüş rəmzi, xeyirin şər üzərində qələbəsidir.

Rusiya bu gün yenə şərlə vuruşur. Stalinqrad isə bizim qürur duymalı, anmalı və mühafizə etməli olduğumuz dəyərdir”.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv