!Reklam

İngiltərənin önəmli tənqidçilərindən olan Terri İqlton “How to Read Literature” (“Ədəbiyyatı necə oxumalı”) kitabında yazır ki, sənətdə sonlar mütləqdir, lakin eyni şeyi ədəbi başlanğıclar üçün söyləyə bilmərik. Yəni müəllif əsərə əvvəllər istifadə olunmuş qəliblərlə başlamağı girişin təsirliliyi baxımından üstün hesab edir. Müəlliflərin bilərəkdən və ya qeyri-təbii şəkildə istifadə etdikləri bu priyom təsirlənmədən daha çox, ədəbiyyatın ənənələrinə sadiq qaldıqlarını oxucuya çatdırmaqla bağlıdır.