!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Google” qanunsuz izləməyə görə ABŞ-yə təzminat ödəyəcək

!Reklam – Yazi

“Google” texnologiya şirkəti istifadəçilərin yerini qeyri-qanuni izlədiyinə görə ABŞ-nin bir sıra ştatlarına 391,5 milyon dollar ödəməyə borcludur.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Miçiqan Baş Prokurorluğunun saytında bildirilib.

Miçiqan və digər 39 ştat prokurorları bununla bağlı “Google” şirkəti ilə məhkəməyə qədər razılaşma əldə edib.

Bu, ABŞ tarixində məhkəməyə qədər ən böyük razılaşma hesab edilir. Ümumi kompensasiyadan Miçiqan ştatı 12 milyon dollar alacaq.

Qeyd edək ki, “Google”a qarşı araşdırma 2018-ci ildən başlayıb./Report/

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv