!Reklam

Başımız həmişə xeyir-işə, toy-bayrama qarışsın! Noyabr girəndən başımız necə qarışıbdırsa, il ərzində ölkəmizdə doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb, heç xəbərim olmayıb. Bunun özü də ümumilikdə xeyir işdir, uşaq doğulmasından gözəl nə ola bilər ki? Uşaq varsa, gələcək var. Amma xüsusi tərəfindən, yəni xalqın öz övladlarına hansı adları qoyduğu baxımından çox ciddi məsələdir. Və bu ciddiyyət haqqında hər zaman danışılıb, amma nə qədər danışılsa, azdır. Gəlin bu gün yenə bu məsələdən danışaq - ad məsələsindən.