Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının yeni mövsümü başladı. Yeni mövsümdə 3 divizionun – Bakı, Regional və Tələbə divizionlarını təmsil edən yarış hər həftənin bazar günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq.
ABŞ Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır və bunun tərəflər arasında danışıqları asanlaşdıracağına ümid edir.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.
“Biz Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşdən məmnunluq duyur və hərtərəfli sülh prosesinə təkan vermək üçün Fransa Prezidentinin və Avropa Şurası rəhbərinin addımlarını alqışlayırıq”.
Eyni zamanda Dövlət Departamentinin rəsmisi ABŞ-ın Aİ-nin regionda müşahidəçi missiyası məsələsində irəliləyişi alqışladığını bildirib:
“Bu missiya tərəflər arasında etimadın yaradılmasına xidmət edir və Ermənistanla Azərbaycan arasında danışıqlara töhfə verməyə davam edəcək”.
Xatırladaq ki, Avropa Şurasının bəyanatına əsasən, Aİ-nin mülki missiyası oktyabrda Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayacaq və iki ay davam edəcək.
Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Ukraynaya 2 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək niyyətindədir. Yenicag.az “Report”a istinadən xəbər verir ki, […]
2023-cü ildə “Avroviziya” mahnı müsabiqəsi İngiltərənin Liverpul şəhərində keçiriləcək. Yenicag.az xəbər verir ki, bunu Avropa Yayım Birliyi ilə birlikdə qalibi […]