!Reklam

Səbail rayon Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin barəsində olan həbs qəti imkan tədbiri müddətinin artırılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Trend-in məlumatına görə, prosesdə təqdimat təmin olunub və S.Babayev barəsində olan həbs qətimkan tədbirinin müddəti 6 ay uzadılıb. Xatırladaq ki, Sərdar Babayev dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilib. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunub.

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-yoxlama tədbirləri zamanı toy karvanında yol-hərəkəti qaydalarını davamlı olaraq pozan, eləcə də nəqliyyat vasitəsində əlavə konstruksiya dəyişikliyi edən sürücülər müəyyən olunub.